13 yaşımda yazıçı olmağı qərara aldım. Bu qərarı evdəkilərə deyəndə məni ciddiyə almadılar, hələ uşaqsan o qədər sənət seçəcəksən ki, dedilər. Continue reading
30 Aug
Mənim ilk hekayəm.
11 Aug
Ucsuz- bucaqsız yamyaşıl çəmənlik…
Səmaya həsrət idi. Tək səmaya yox torpağa, çəmənliyə, suya. Hər şeyə həsrət idi. Ancaq ondan- bundan eşitdiyi cümlələrlə təsəlli alırdı. O bilmirdi ki, gül -çiçək açmış, yamyaşıl otlar olan çəmənlik necə olur
10 Aug
Kiçik bir dərs…
- Atam gəldi. Uraa!!!
- Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm. Continue reading
10 Aug
Mən ki, səni belə böyütməmişdim…
Bu gün yenə tezdən gün doğmamış oyandım. Hər yeri səliqəyə saldım. Oğlumun ən sevdiyi şirniyyatı almışam. Uşaqlıqdan bu şirniyyatı çox sevirdi. Əslində 3 gün bundan əvvəl gələcəyini söz vermişdi. Amma gəlmədi. Yəqin ki, işi olub. O elə də məsuliyyətsiz deyil. Mən onu elə böyütməmişəm. Continue reading
9 Aug
Səssizliyin musiqisi…

Pəncərə önündə əyləşib seyr edirdi yağan yağışı. Üzündə kədər dolu bir təbəssüm vardı. Yaşadığı ev şəhərdən kənarda olduğundan ətrafdakı səssizlikdə yağışın səsi rahatca duyulurdu. Yarpaqların üzərinə düşən damlaların səsi onun balaca uşaq kimi sevinməsinə, tənhalığını xatırlatdığı üçün kədərlənməsinə səbəb olurdu. Bəlkə də, simasında olan bu kədərli gülüş ondan idi. Bu gün onun üçün özəl bir gün idi. Bu gün onun ad günü idi. Ömrünün yarısından çoxunu yaşamışdı. Amma içindəki uşaq…… O hələ də balacaydı. Dünyanın bütün pisliklərindən gizlədib saxladığı bu uşağa özündə yaratdığı dünyanı bəxş etmişdi. Amma bu dünya da əbədi deyildi. O köçüb getdiyində qurduğu bu dünya da onunla birlikdə gedəcəkdi.
Bir vaxtlar o da gənc idi. Onun da dostları var idi. Bir-birlərinə “Nə olursa olsun daima birlikdə olacağıq, ən dar günümüzdə, ən xoş günümüzdə də birlikdə olacağıq” sözü verdikləri dostları. Amma bu illər əzində nə o, onların yanında ola bildi, nə də onlar onun yanında. Ailə qurdular, hər biri ayrı ölkəyə getdi, ayrı-ayrı iş sahibi oldular. Bir -birlərinə ayırdığı vaxtları get- gedə azaldı.. Gün keçdikcə fərqinə varmadılar arada böyüyən məsafənin uzunluğuna. Və…. Və dərk edəndə ən dar günündə də, ən özəl günündə də bu stulda bu pəncərə önündə tək-tənha əyləşdiyini gördü.
Xatıraldı birlikdə keçirdikləri o dəli-dolu illəri.. Xatırladı hər birini adını, soyadını. Hətta kimin nədən xoşlandığını. Alnında qırışlar çox ola bilərdi, amma o, hər şeyi dünən olmuş kimi xatırlayırdı. Onun hər ad günündə yığışardılar. Qeyd edərdilər. Verdikləri sözlərini xatırlayar, bir də təkrarlayardılar. Amma aradan keçən illər bu sözləri sadəcə açıqca ilə əvəz elədi. İndi isə heç o açıqca da yoxdur.
Yağış hələ də davam edirdi yağmağa. Torpağın qoxusu ətrafı sarmışdı. Pəncərəni açdı torpağın qoxusunu duymaq, yağışın səsini daha da rahat eşitmək üçün. Gözlərini yumub qoxunu ciyərlərinə çəkdi. Sonrada oturduğu yerdəcə barmaqlarını tərpətdi. Pianoda çalırmış kimi. Gözəl bir musiqi səsləndi. Yağışın səsi, torpağın qoxusu və onun tənhalığı qarışdı bir -birinə. O da çaldı indicə bəstələdiyi musiqisini.. Gözlərini açdı, üzərini ağ örtük örtülmüş pianinoya baxdı. Sonra onun arxasına keçdi “Nə zaman ki səni çalmağa başlayırdım dostlarım yığılırdı ətrafıma. Uzun zamandır toxunmuram sənə. Bəlkə, ona görə məni yada salan yoxdur?” Sonra gülümsədi və əlini pianinonun tozlu dillərinə sürtdü. Yeni bəstələdiyi musiqini çaldı. Təbiətin və insanın duyğularından yaranan bəstəni. Bitirdiyində pianonun dilləri islanmışdı. Amma onun simasında gülüş vardı. Sonra yenidən gəlib pəncərə önündə əyələşdi. Başını əllərinin arasına alıb gözlərini yumdu. Yağış kəsmişdi. Ətrafda kədərli bir səssizlik var idi. Və birdən bu səssizliyi pas tutmuş dəmir qapının səsi pozdu…..
Muellif Sebnem Humbetova
8 Aug
Ümid yeri…

Bu gün tezdən durmuşdu. Düşünürdü ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi aparırdı.
Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm yarandı. O da əyilib bacısının üzündən öpüb bərk –bərk qucaqladı. “Gəzməyə gedəcəyik”dedi. Bacısı daha da sevindi. Əl- ələ tutub nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk- bərk sıxdı. Heç aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə anası başı bağlı, ağlaya- ağlaya, dilinin altında nəsə danışırdı. Atası da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb, qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısıda onun yanında. Anası onları gördü.
- İkinizdə yuxarı qalxın. Tez gözüm görməsin sizi. Tez olun.
- Uşaqlardan hirsini alma.
- Onların mənim uşaqlarımdır özüm bilərəm.
- Eeeee yenə başladın da……..
Beləcə həmişəki mənzərə başlayır. O isə yuxarı qalxmadı. Qalıb bu mənzərəni seyr elədi. Artıq neçənci dəfədir şahidi olmuşdu. Öyrəşmişdi. Yox öyrəşməmişdi, bezmişdi, yorulmuşdu. Bacısı başını onun qollarının arasında gizlətməyə çalışdı. O da əlləri ilə onun qulaqlarını tutdu. Dayanmadan bir- birlərini təhqir edirdilər. Hətta atası anasını vurdu. Amma buna görə o atasına nifrət eləmirdi. Çünki hər ikisini günhalandırırdı. Yuxarı qalxdılar. Balacanın başını qatsın deyə gəlincikləri əlinə aldı və birini ona uzatdı. “Gəl oynayaq. Gəlinciklər əl-ələ verib gəzməyə
getsinlər hə?” Balaca tərpənmədi. Deyəsən aşağıdan gələn səsləri dinləyirdi. Anası yenə qışqırdı. Yəqin atası yenə onu vurmuşdu. O da əlində olan gəlinciyi ilə qardaşının əlində olan gəlinciyə bərk vurdu. Dayanmadan vururdu. O, dillənmədən gəlinciyə baxdı. Oyuncağın gözündə yaş var idi. Ağlayırdı. Yox bu mümkün deyildi. Axı oyuncaq ağlaya bilməz. Fərqinə varmamışdı. Gözlərindən yaş gəlinciyin üzünə düşürdü.
Bu gün bayram idi. Bütün qonşuları ailəsi ilə gəzməyə, qonaq gedirdilər. Onları heyranlıqla izləyirdi. Ən böyük arzusu. Sadəcə uşaq olmaq istəyirdi, yaşıdları kimi olmaq istəyirdi. Bezmişdi hər gün eyni səhnə. Valideynləri onların varlığının fərqinə varmırdı. Nə bir qayğı, nə bir sevgi. Evdən getməyi, tamamilə uzaqlaşmağı düşünürdü. Onsuzda onların yoxluğunun fərqinə varmayacaqdılar. Tərəddüd edirdi. Çünki bacısını tək, burda qoymaq istəmirdi. Özü ilə aparsaydı hara gedəcəkdilər? Axşam olurdu. Artıq gün bitmək üzrə idi. O hələ də düşünürdü. Gedəcəyi yeri tapmışdı bu dəfə ancaq bacısını düşünürdü. Aşağıdakıların səsi yenidən gəlirdi. Yenə dava eləyirdilər. Bacısı gəlib onun əlini tutdu. Gözlərinə baxdı.
- Kaş ki böyük olsaydın. Sən də bir şey danışsaydın. Bəlkə də qərar verməyimə kömək edərdin.
- Cedəy buydan.
- Nə? Sən. Sən danışdın.
- Cedəy buydan.
- Yaxşı yaxşı ağlama.
Hər ikisi aşağı düşdü. Onların yanından keçib çölə çıxdılar. Gedəcəyi yerin ünvanının bilmirdi, amma yenə də dayanmadan addımladı. Bir xeyli uzaqlaşmışdılar. İndidən özünü rahat, huzurlu hiss edirdi. Bacısı da elə. O da qorxmurdu. Qardaşının əlindən tutaraq tullana- tullana gedirdi. Üstəlik mahnı da oxuyurdu. Artıq danışırdı. Nə qədər həkimlərə getmişdilər, amma danışmırdı. İndi isə mahnı oxuyurdu. O, da bacısına
qoşuldu. Birlikdə mahnı oxumağa başladılar. Bu onun xoşuna gəldi. Uzun bir yol getdilər. Birdən hündürboylu, yaşlı bir adam onlara yaxınlaşdı. Uşaqların yol kənarında tək başına olmaları diqqətini çəkmişdi.
- Ey şirinlər, təkcə hara belə?
O başını qaldırıb mülayim təbəssümlə getmək istədiyi yerin adini dedi.
- Kimsəsiz uşaqlar evinə…
Muellif Shebnem Humbetova
7 Aug
Iki qurbağa…

Bir qurbağa sürüsü meşədə gedərkən, aralarından ikisi çuxura düşmüş. Qalan qurbağalar çuxurun ətrafına toplaşıb çarəsiz bir şəkildə baxırmışlar. Çuxur çox dərin olduğundan, ora düşən dostlarının tullanaraq ordan çıxması bir az mümkünsüz görünürdü. Yuxarıdakı qurbağalar dostlarına, boşuna səy göstərməmələrini demişlər:”Çuxur çox dərindi. Ordan çıxmanız imkansızdı!.” Ancaq, çuxurda olan qurbağalar onların dediklərinə fikir vermədən burdan çıxmaq üçün mücadələyə davam eləmişlər. Yuxardakılar isə onlara boşuna çırpındıqlarını, ölümün onlar üçün bir qurtuluş olduğunu demişlər. Sonunda qurbağalardan biri yuxarıdakıların sözlərindən təsirlənmiş və mübarizə aparmaqdan əl çəkmiş. Digər qurbağa isə heç nəyə fikir vermədən mücadələyə davam eləmiş. Yuxarıdakılar da, çırpınıb duraraq daha çox acı çəkdiyini söyləməyə davam eləmişlər. Çuxurdakı qurbağa onları vecinə almadan bir daha cəhd etmiş, bu dəfə daha yüksəyə tullanmağı bacarmış və çuxurdan çıxmışdı. Dostlarının ümid qırıcı sözlərinə heç qulaq asmamışdı…
Çünki o, kar idi!
Sizdə bədbin fikirli insanlara qətiyyən qulaq asmayın!
Onların ürəyinizdəki ümidi qırmalarına icazə verməyin…
Paul Estridge.
7 Aug
Yağış yağır özüdə bərkdən…

Yağış yağır, özüdə bərkdən. Adamın biri əynindəki köhnə pencəyi çıxarıb, üstündə qəzet satdığı dəzgahına sarıyır. Əslində bərk üşüyür amma özünü fikirləşmir. Yeganə düşüncəsi qazetləri satıb evinə çörək pulu aparmasıdır. Dəzgah quru qalır, adam islanır. Bəlkə yağış kəsər deyə gözləməyə qərar verir. Yağış elə hey yağır. Yox o, hələ də evinə getmir. Axı tezdəndən bir qazet də satmayıb. Bir azda gözləyəcək. Içindən yağışın tez kəsməsi üçün dualar edir. O, yağışın bir bərəkət olduğunu fikirləşmir, yağış onun üçün sadəcə bir əngəldir. Göydən süzülən damlalar nur olsa da bu damlalar onun üçün övladlarının göz yaşlarına bərabərdir. Əlində olsaydı yağışın qabağını birdəfəlik alardı, heç nəyi, heç kəsi düşünmədən.
Yağış yağır özüdə bərkdən. Balaca bir qız əlindəki çətiri bağlayıb, yağışın altında ora -bura qaçır. Yağan yağışdan əmələ gəlmiş gölməçələrin içində oynayır. Qəh- qəhələri yağışın səsinə qarışıb gözəl bir musiqi yaradır. Göydən yağan damlaları əlləri ilə tutmağa çalışır. Islanıb amma heç fərqinə varmır. O, yağışı çox sevir. İçindən yağışın kəsməməsi üçün dua edir. O, bu yağışı göydən süzülən bir su kimi yox bir möcüzə kimi görür. Bu yağış onun həyata olan sevgisinin bir nümunəsidir. Əlində olsaydı yağışı heç vaxt durdurmazdı, heç nəyi, heç kəsi düşünmədən…
Muellif Sebnem Humbetova
6 Aug
Bu gün mənim ad günümdür…

Bu gün mənim ad günümdür. 12 yaşım tamam olur. Anam mənim üçün gözəl bir tort bişirib, atam isə tortun üzərinə yaşım qədər şam düzüb. Şirinburunlar məni və qonaqlarımızı əyləndirirlər. Gələn qonaqlar rəngarəng, parlaq kağızlara bükülmüş hədiyyələr gətiriblər. Görəsən, nə gətiriblər? Çoxdandır ki, evimizin yanındakı mağazada bir gəlincik bəyənmişdim. Çox gözəl qızılı, uzun saçları var, özü də mahnı oxuyur. Kim bilir, bəlkə, o da hədiyyələrin arasındadır. Oyuncaqlarım çoxdur, amma yenədə doymuram. Budur şamları yandırırlar. Hamı mənim üçün “Ad günü” mahnısını oxuyur. Anam “Ürəyində bir arzu tut, sonra söndür” deyir. Tutdum və şamları söndürdüm. Hamı alqışladı, bir ağızdan məni təbrik elədilər. Çox gözəl bir gün oldu.
Bu gecə gözlərimi yumub bütün bunları xəyal edirəm. Bir az əvvəl, yatmadan qabaq mətbəxə getdim. Bu gün internatdakı uşaqlardan üçünün ad günü idi. Onların tortundan bir dilim qalmışdı. Şama bənzər bir çöp tapıb üzərinə saldım. Heç kim eşitməsin deyə ad günü mahnısını ürəyimdə oxudum. Əslində bu gün mənim ad günüm deyil. Düzün desəm heç bilmirəm ki, mənim ad günüm nə vaxtdır. Bir gəlinciyim var, qolu qırıqdır. Burdakı uşaqlardan biri əlimdən zorla almaq istəyənədə qırılmışdı. Paltarı da köhnəlib, saçı da yoxdur. Onu zibil yeşiyinə atdıqları həmin o parıltılı, rəngli hədiyyə kağızına büküb özüm özümə hədiyyə verdim. Və sonrada açdım. Gəlincik həminki idi, amma mənim gözümdə o təzə paltarlı, uzun qızılı saçlı, üstəlik mahnı oxuyan bir gəlincik olmuşdu. Hərçənd mən onu hər halı ilə sevirəm, çünki o mənim hər şeyimdir. Qolunu da burda müəlliməyə versəm yəqin düzəldər. Təzə də paltar tikərəm olar lap təzə. O, qızılı saçlı mahnı oxuyan gəlincikdən min dəfə qəşəng. İndi növbə çatdı şamları söndürməyə. Gözlərimi yumub arzu tutmalıyam. Deyilənə görə, yerinə yetir. Kim bilir, bəlkə, mənim də arzum yerinə yetəcək. Budur gözlərimi yumdum və “ Allahım gözlərimi açadığımda bütün bunlar bir xəyal olsun. Mən öz evimdə, öz ailəmlə, öz təzə gəlinciyimlə birlikdə olum.” Söndürdüm daha doğrusu söndürmüş kimi elədim. Nədə olsa, o yanmırdı. Gözlərimi açdım, hər şey olduğu kimi idi. Yenə o mətbəx, yenə qolu qırıq oyuncaq. Arzum gerçəkləşməmişdi. Niyə? Bildim, niyə axı bu şam deyil. Bəlkə də, gerçək şam olsaydı, arzum yerinə yetərdi.
Muellif Sebnem Humbetova
Ey dostum səndən soruşuram?